Torpaq sahələri Mənzillər Fərdi yaşayış və bağ evləri Qeyri-yaşayış bina və sahələri Əmlak kompleksi kimi müəssisələr
Maşın və avadanlıqlar (seriyalı texnoloji avadanlıqlar, xüsusi və ya qeyri standart avadanlıqıar, texnoloji xətlər, tikinti və yol texnikası, qaldırıcı nəqliyyat vasitələri, kompüter texnikaları və rabitə vasitələri) Nəqliyyat vasitələri (minik avtomobilləri, dəmiryol nəqliyyatı, su nəqliyyatı, hava nəqliyyatı)
Aşınması nəzərə alınmaqla qiymətləndirmə obyektinin əvəz olunması və yaxud bərpası üçün zəruri olan cari xərclərin müəyyən edilməsinə əsaslanan qiymətləndirmə metodlarının məcmusudur.
Qiymətləndirmə obyektindən gözlənilən gəlirin müəyyən edilməsinə əsaslanan qiymətləndirmə, obyektin dəyərinin qiymətləndirilməsi metodlarının məcmusudur. Gəlirin kapitallaşdırılması metodu ilə hesablama, gözləmə prinsipinə əsaslanır və əsasən də qiymətləndirilən obyektin gələcəkdə gətirəcəyi gəlir əsasında müəyyən edilir.
Sövdələşmə qiymətləri məlum olan analoji obyektlə qiymətləndirmə obyektinin müqayisəsinə əsaslanaraq qiymətləndirmə obyektinin dəyərinin qiymətləndirilməsi məcmusudur. Bu yanaşmanın əsası ondan ibarətdir ki, qiymətləndirmə obyektinin dəyəri birbaşa olaraq analoji obyektlərin satış qiymətlərinə uyğun müəyyən edilir.